...

Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb

İqtisadiyyat Materials 13 Yanvar 2023 13:00 (UTC +04:00)
Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb

Bakı. Trend:

2022-ci ilin dekabr ayında Türkiyənin Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 30 faiz artaraq, 9 milyon 837 min 110 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 5 faiz artaraq 6 milyon 68 min 934 nəfər, beynəlxalq reyslər üzrə isə 1,1 dəfə artaraq 3 milyon 768 min 176 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 140 min 463 ton təşkil edib. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 74 min 607 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 74 faiz artaraq, 65 min 856 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq, 69 min 380 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz azalaraq 42 min 541, beynəlxalq reyslər üzrə isə 77 faiz artaraq 26 min 839 olub.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti