...

Azərbaycan iqtisadiyyatına ötən il 18 milyard manatdan çox investisiya qoyulub

İqtisadiyyat Materials 23 Yanvar 2023 20:22 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına ötən il 18 milyard manatdan çox investisiya qoyulub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artıb. İstifadə olunmuş vəsaitin 10 milyard 611,3 milyon manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 718,9 milyon manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13 milyard 461,5 milyon manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti