Bakı. Trend:
Yanvarın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 90 milyon manat dəyərində 28 günlük və 84 günlük notlarının yerləşdirilməsi üzrə iki hərrac keçirilib,
Bu barədə Trend BFB-yə istinadən məlumat verir.
Mərkəzi Bankın məlumatlarına əsasən, birinci hərracın gedişatında 10 investor tərəfindən 15 ərizə daxil olub.
Nominal qiymətlər üzrə ərizələrin ümumi məbləği 54 370 000 manat təşkil edib.
Mərkəzi Bankın qərarına əsasən, bir notun orta çəkili qiyməti 9948,1765 manat (6,7 faiz) təşkil edib.
Hərracın nəticələrinə əsasən, yerləşdirilmiş notların həcmi 45 000 000 manat təşkil edib.
Notların söndürülmə tarixi – 15 fevral 2023-cü ildir.
İkinci hərracın nəticələrinə əsasən 11 investor tərəfindən 17 ərizə daxil olub.
Nominal qiymətlər üzrə ərizələrin ümumi məbləği 59 080 000 manat təşkil edib.
Mərkəzi Bankın qərarına əsasən bir notun orta çəkili qiyməti 9823,7408 manat (7,69 faiz) təşkil edib.
Hərracın nəticələrinə əsasən yerləşdirilmiş notların həcmi 45 000 000 manat manat təşkil edib.
Notların söndürülmə tarixi – 12 aprel 2023-cü ildir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının notlarının alıcıları olaraq yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.