...

Tikinti materiallarının istehsalında 12,6 faiz artım olub

İqtisadiyyat Materials 24 Yanvar 2023 05:56 (UTC +04:00)
Tikinti materiallarının istehsalında 12,6 faiz artım olub

Bakı. Trend:

Ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 85,7 milyon manat olmaqla, 2021-ci illə müqayisədə 12,6 faiz artım olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata əsasən, həmin dövr ərzində ötən illə müqayisədə tikinti əhənginin istehsalı 29,4 faiz, tikinti gipsinin istehsalı 15,4 faiz, asfaltın istehsalı 4,6 faiz, sementin istehsalı isə 3,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti