...

Koreya Respublikasının ÜDM-si 2022-ci ildə 2,6% artıb

İqtisadiyyat Materials 26 Yanvar 2023 05:43 (UTC +04:00)
Koreya Respublikasının ÜDM-si 2022-ci ildə 2,6% artıb

Bakı. Trend:

Koreya Respublikasının 2022-ci ildə real ÜDM artımı 2,6% təşkil edib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Koreya Bankının (ölkənin mərkəzi bankı - red.) hesabatında deyilir.

Hesabata əsasən, 2021-ci ildə Cənubi Koreya iqtisadiyyatı 4,1% böyüyüb, 2020-ci ildə isə pandemiya səbəbindən 0,7% azalıb. Cari artım tempi hakimiyyətin əvvəlki proqnozlarına geniş şəkildə uyğundur. Bundan əlavə, 2022-ci ilin son rübündə real ÜDM əvvəlki rüblə müqayisədə 0,4% azalıb.

2022-ci ildə ÜDM artımının nisbətən aşağı dəyərini ekspertlər ixracın zəifləməsi və yarımötürücülər bazarındakı vəziyyətlə izah edirlər. 2022-ci ildə Koreya Respublikasının ixracı 2,9%, 2021-ci ildə isə xaricə tədarüklər 10,8% artıb. Çindəki epidemik vəziyyət bu ölkə ilə ticarətə də mənfi təsir göstərib.

Cənubi Koreyada istehlak xərcləri 2022-ci ildə 4,4%, dövlət xərcləri isə 4,2% artıb. 2021-ci ildə bu rəqəmlər müvafiq olaraq 3,7% və 5,6% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti