...

Azərbaycanın innovasiya sektorunda qadın sahibkarların sayı artır

İqtisadiyyat Materials 28 Yanvar 2023 13:14 (UTC +04:00)
Azərbaycanın innovasiya sektorunda qadın sahibkarların sayı artır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın innovasiya sektorunda qadın sahibkarların sayı sürətlə artmaqdadır.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentiyinin sədri İnarə Vəliyeva "Qadınlar STEM-də" festivalı zamanı deyib.

Onun sözlərinə görə, Agentliyin keçirdiyi "Technest" proqramı çərçivəsində pulsuz treninqlər təşkil olunur.

"Ötən il bu proqramın məzunlarının 43 faizini qadınlar təşkil edib. Bundan başqa, Azərbaycanda startap layihələrinin 28 faizi qadınlar tərəfindən hazırlanıb. Həmçinin qeyd etmək istəyirəm ki, 2022-ci ilin yekunlarına əsasən təşkilat rəhbəri qadınların 30 faizi Agentliyin keçirdiyi konkursda müxtəlif nominasiyalar üzrə qalib olublar",- o qeyd edib.

Qeyd edək ki, STEM təhsildə yeni yanaşmadır. Burada təbii-elmi və texniki biliklər üzrə bütün sahələr birləşir, təlim alanlar isə bu bilikləri dərslikdən deyil, yaradıcı tapşırıqları həll etməklə əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti