Bakı. Trend:
Azərbaycanda kənd yerlərində həyat şəraitinin yaxşılaşdırılması həm hökumət, həm də BMT üçün prioritet kəsb edir.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Aqrar Məsləhət Xidmətləri üzrə Milli forum zamanı deyib.
Onun sözlərinə görə, son illər ərzində COVID-19 pandemiyasına baxmayaraq, Azərbaycan kənd təsərrüfatı sahəsində böyük uğurlar nümayiş etdirir.
V. Andreyeva həmçinin bu sahədə qadınların böyük rol oynadığını vurğulayaraq, qadınlar üçün əmək şəraitinin təmin edilməsinin kənd təsərrüfatı sektorunun inklüziv inkişafında həlledici istiqamət olduğunu əlavə edib.
"2021-ci ildə biz Azərbaycanla kənd təsərrüfatı sektorunda 2025-ci ilədək əməkdaşlıq haqqında saziş imzaladıq. Bu saziş çərçivəsində inklüziv artım, ətraf mühitin mühafizəsi və biznes fəaliyyətində bərabər hüquqluluğun dəstəklənməsi sahəsində əməkdaşlıq gözlənilir", - BMT-nin rezident əlaqələndiricisi əlavə edib.