...

Dövlət Vergi Xidməti yeni rəqəmsal sistemlərin yaradılması üzərində çalışır

İqtisadiyyat Materials 10 Fevral 2023 12:38 (UTC +04:00)
Dövlət Vergi Xidməti yeni rəqəmsal sistemlərin yaradılması üzərində çalışır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Vergi Xidməti yeni rəqəmsal sistemlərin yaradılması üzərində çalışır.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib.

Onun sözlərinə görə, yeni sistemlər bəyannamələrin onlayn rejimdə doldurulmasını, biznesin və kontragentlərin rəqəmsal araşdırılmasını, şikayət və təkliflərin qəbulunu, ani ödəniş sistemlərini, elektron vergi konsaltinq və reytinq sisteminin fəaliyyətini mümkün edir.

"2022-ci ildə biz vergi islahatları çərçivəsində rəqəmsallaşmaya böyük diqqət ayırmışıq. Bu işlərin 2023-cü ildə və sonrakı illərdə də davam edəcəyini proqnozlaşdırırıq", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti