...

İlin sonunadək Azərbaycanın Vergi Məcəlləsinin yeni redaksiyası təqdim oluna bilər

İqtisadiyyat Materials 10 Fevral 2023 19:29 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Vergi Xidməti yeni inkişaf strategiyası hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib.

Onun sözlərinə görə, strategiya çərçivəsində ilin sonunadək Vergi Məcəlləsinin yeni redaksiyası təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 15,5 milyard manatdan artıq vəsait daxil olub, fiskal daxilolmalar 21,1 milyard manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti