...

Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” adlı görüşdə iştirak edib (FOTO)

İqtisadiyyat Materials 10 Fevral 2023 17:57 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə 7 fevral, 2023-cü ildə, Naxçıvan şəhərində “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib. Görüş dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində baş tutub. Tədbirdə Muxtar Respublikanın sahibkarlarını təmsil edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da iştirak edib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin inkişafı kimi istiqamətlərin prioritet olduğunu, Naxçıvanı da əhatə edən məqsədyönlü dövlət proqramları çərçivəsində Naxçıvanın zəngin resursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olunması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, regionun ixrac potensialının artırılması və s. tədbirlərin planlaşdırıldığı barədə iştirakçılara məlumat veriblər.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasın sahibkarlarını təmsil edən Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da tədbirdə çıxış edib. O, Muxtar Respublika iqtisadiyyatındakı mövqeyi barədə məlumat verməklə yanaşı Muxtar Respublikada sahibkarlıqla bağlı mövcud vəziyyət, görülmüş işlər, həmçinin sahibkarların dövlət iqtisadiyyatında iştirakını genişləndirmələri yönündə dövlətdən gözləntilərini dilə gətirib.

Tədbirdən sonra Naxçıvan Biznes Mərkəzinin sərgi salonuna baxış keçirilib, bir neçə istehsal müəssisəsinin fəaliyyəti ilə tanışlıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti