...

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracı keçirib

İqtisadiyyat Materials 23 Fevral 2023 17:12 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 23-də Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə növbəti valyuta hərracı keçirib.

Trend-in AMB-yə istinadən məlumatına görə, Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 61,6 milyon dollar olub və tam qarşılanıb.

Hərracın yekunlarına əsasən, ortaçəkili məzənnə 1,7 AZN/1 USD təşkil edib.

Xatırladaq ki, öncəki hərracda tələb 49,3 milyon dollar olub.

Qeyd edək ki, Mərkəzi Bank valyutanın rəqabətli şəraitdə birtərəfli satışı ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci ilin yanvarından başlayıb. Hərraclar valyutanın rəqabətli şəraitdə birtərəfli satışı formasında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti