...

SPECA çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Materials 3 Mart 2023 20:57 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə Azərbaycanın 2023-cü il ərzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, üzv ölkələr arasında əməkdaşlığın təşviqinin, ticarət və nəqliyyat əlaqələrinin daha da asanlaşdırılmasının önəmi vurğulanıb.

Tərəflər, həmçinin SPECA üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin görüşünün keçirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparıblar.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti