...

Naxçıvanda obyektlərin yarıdan çoxunda yeni nəsil kassa aparatları quraşdırılıb

İqtisadiyyat Materials 9 Mart 2023 12:26 (UTC +04:00)
Naxçıvanda obyektlərin yarıdan çoxunda yeni nəsil kassa aparatları quraşdırılıb

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Qurumdan Trend-ə verilən məlumata görə, 2023-cü il yanvarın 1-nə muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 73 ədəd olduğu halda, cari ilin 2 ayında 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib. İlin əvvəlində ümumilikdə obyektlərin 3,8 faizində yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6 faiz təşkil edib.

Yeni nəsil NKA-nın tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti