...

Azərbaycanda insan resursları məsələsinə çox diqqətlə yanaşılır - Devid Lyuts

İqtisadiyyat Materials 20 Aprel 2023 20:14 (UTC +04:00)
Azərbaycanda insan resursları məsələsinə çox diqqətlə yanaşılır - Devid Lyuts
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda insan resursları məsələsinə çox diqqətlə yanaşılır.

Trend cümə axşamı xəbər verir ki, bunu "McCluen-Martin Associates" şirkətinin baş məsləhətçisi, liderlik karyerası üzrə məşqçi Devid Lyuts Bakıda keçirilən Qlobal HR sammitində deyib.

Onun sözlərinə görə, Azərbaycan insan kapitalına kapitalqoyma praktikasını aktiv şəkilfə tətbiq edir və bir çox ölkə üçün nümunə kimi çıxış edə bilər.

"Azərbaycan elə bir ölkədir ki, burada şirkətin uğurunun insan kapitalına düzgün investisiya qoyulmasından asılı olduğunu bilirlər. Şirkətin tərəqqisinin göstəricisi təkcə gəlir, iqtisadi baxımdan rəqəmlər deyil, insanlara düzgün investisiyadır. Mən dünyanın bir çox ölkəsində olmuşam, lakin bu cür münasibəti yalnız burada görürəm", - D. Lyuts deyib.

Qeyd edək ki, bu gün Bakıda Qlobal HR sammiti keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti