...

Prezident İlham Əliyevə Anlaşma Memorandumunun imzalanmasını sürətləndirdiyinə görə minnətdarlığımı bildirirəm - Rozen Xristov

İqtisadiyyat Materials 25 Aprel 2023 14:40 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Sofiya. Trend:

Prezident İlham Əliyevə "Həmrəylik halqası" üzrə Anlaşma Memorandumunun imzalanmasını sürətləndirdiyinə görə minnətdarlığımı bildirirəm.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Rozen Xristov Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.​​​​​​​

"Regionun digər ölkələrinin bu təşəbbüsə qoşulmasına dair əlavə təşəbbüslər irəli sürülür. Bolqarıstan bu istiqamətdə fəaliyyətini davam etdirəcək", - o deyib.

R.Xristovun sözlərinə görə, qlobal çağırışlar qlobal güc tələb edir, region ölkələri artıq istənilən çağırışlara cavab verə bilirlər.

"Ayrı-ayrı ölkələrin iqtisadiyyatının nə dərəcədə güclü olmasından asılı olmayaraq enerji təhlükəsizliyi və "yaşıl enerji"nin inkişafı istiqamətində çalışmalıyıq", - nazir vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti