Bakı. Trend:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarını Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxsin nəzdində “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs siyahıya daxil edilib.