...

Litva Azərbaycanla ikitərəfli ticarəti canlandırmağa çalışır - Nazir (YENİLƏNİB)

İqtisadiyyat Materials 22 May 2023 16:13 (UTC +04:00)
Litva Azərbaycanla ikitərəfli ticarəti canlandırmağa çalışır - Nazir (YENİLƏNİB)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vilnüs. Trend:

Litva Azərbaycanla ikitərəfli ticarəti canlandırmağa çalışır.

Trend xəbər verir ki, bunu Litva Respublikasının iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte Vilnüsdə keçirilən Azəbaycan-Litva biznes-forumunda deyib.

"Azərbaycan Litvanın Cənubi Qafqaz regionunda mühüm ticari tərəfdaşıdır və biz ikitərəfli əlaqələrimizin gələcək inkişafında maraqlıyıq. Qarşılıqlı ticarətimiz müxtəlifdir. Buraya qida və heyvandarlıq məhsulları, plastik məmulatlar və ağır texnikanın tədarükü daxildir. Eyni zamanda Litva təkcə ikitərəfli ticarəti canlandırmağa çalışmır, həm də qarşılıqlı birbaşa xarici investisiyalara təkan verməyə səy göstərir", - o deyib.

Nazir qeyd edib ki, Litva müxtlif sektorlarda, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, elektron hökumət üçün həllər, qida sənayesi, turizm, bərpa olunan enerji mənbələri və istehsalat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial görür.

"Təqib etdiyimiz əsas hədəflərdən biri ixrac bazarlarımızın diversifikasiyasıdır. Bu iqtisadiyyatımızı və ticarətimizi birləşdirməyimizə kömək edə və birgə layihələrin sayının artmasına, daha təsirli əmtəə dövriyyəsi göstəricilərinə yol aça bilər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti