...

Sahibkarlıq sahəsində yoxlama zamanı sahibkara yeni hüquq verilir

İqtisadiyyat Materials 9 İyun 2023 11:56 (UTC +04:00)
Sahibkarlıq sahəsində yoxlama zamanı sahibkara yeni hüquq verilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlıq sahəsində yoxlama zamanı sahibkara yeni hüquq verilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir.

Layihənin 16-cı maddəsində nəzərdə tutulan əlavələrdə yoxlama suallarına dair tələblər əks olunub, o cümlədən sualların konkret müəyyənləşdirilməsi, risk mütənasibliyi əsasında formalaşdırılması. Bu yanaşma yoxlama prosesində yoxlayıcılar tərəfindən sui-istifadə hallarının azaldılmasına xidmət edəcəkdir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti