Bakı. Trend:
Mərkəzi Banka yeni səlahiyyət verilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mərkəzi Bank haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq bəzi hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar
haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit
təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta
tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”,
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi,
fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və
nəzarətin həyata keçirilməsi məqsədilə aşağıdakı məlumatları
Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu əsasında
Azərbaycan Respublikasının Mərkəzi Bankına:
- kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və
nizamnamə, kommersiya hüquqi şəxslərinin idarəetmə orqanlarının
rəhbərləri, təsisçiləri (iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları;
- fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların
təsisçilərinin (iştirakçılarının) iştirakçısı olduğu hüquqi şəxslər
və belə hüquqi şəxslərin nizamnamə kapitalındakı payları;
- fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların
idarəetmə orqanlarının rəhbərlərinin, təsisçilərinin
(iştirakçılarının) və bu şəxslərin iştirakçısı olduğu hüquqi
şəxslərin mənfəəti (gəlir və zərəri).
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.