Bakı. Trend:
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımalarının həcmi 3,576 milyon tonu ötüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25,3 faiz çoxdur.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə sərnişin daşımaları 8,6 min nəfər olub ki, bu da 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 26,5 faiz çoxdur.
Qeyd olunan dövrdə Azərbaycanın dəniz limanlarında aşırılan yüklərin həcmi 5,061 milyon tondan yuxarı olub. Bunların 82,2 faizi və ya 4,159 milyon tonu tranzit yüklərinin payına düşüb.
Qeyd edək ki, Azərbaycanda dəniz nəqliyyatı ilə ixrac yük daşımalarının 56,7 faizi neftin payına düşüb.
İyunun 1-də Azərbaycan limanlarında yüklərin həcmi 170,4 min ton olub.
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 90,9 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 6,8 faiz yüksəkdir. Hesabat dövründə Azərbaycanda sərnişin daşımaları 742,8 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 19 faiz yüksəkdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)