...

Cənub bölgəsində telekommunikasiya xidmətləri ilə bağlı yaranan problemlər aradan qaldırılıb

İqtisadiyyat Materials 10 İyul 2023 14:21 (UTC +04:00)
Cənub bölgəsində telekommunikasiya xidmətləri ilə bağlı yaranan problemlər aradan qaldırılıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Son iki gün ərzində Azərbaycanın cənub bölgəsində - Biləsuvar və Cəlilabad rayonlarında telekommunikasiya xidmətləri ilə təchizatda yaranmış müvəqqəti çətinliklər aradan qaldırılıb.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-dən bildirilib.

Məlumata əsasən, iyulun 8-də günorta saatlarında Biləsuvar şəhəri, Azadlıq küçəsində bir sakin qazıntı işləri apararkən şirkətin ərazidən keçən magistral xəttini zədələyib. Problem dərhal aradan qaldırılıb və telekommunikasiya xidmətlərinin göstərilməsi bərpa olunub.

İyulun 9-da səhər saatlarında “Aztelekom”un Salyan-Ələt magistral xətti zədələnib. Qəza nəticəsində Cəlilabad rayonunda internet və rabitə xidmətində fasilələr meydana gəlib. “Aztelekom”un əməkdaşları yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirib. Hazırda xidmətlərin göstərilməsində hər hansı çətinlik müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti