...

Azərbaycan “Wenzhou Nixin Trading Co.Ltd" ilə potensial əməkdaşlıq imkanlarını müzakirə etdi (FOTO)

İqtisadiyyat Materials 2 Sentyabr 2023 14:28 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanın biznes və investisiya mühiti, şirkət tərəfindən ölkəmizdə keramik plitələr istehsal edən zavodun tikintisi layihəsi üzrə görülən işlər barədə müzakirələr aparıb.

Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 1-4-də Çin Xalq Respublikasında səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti