Bakı. Trend:
Dövlət bankı "Azər Türk Bank" bu il Toronto şəhərində keçirilən “SIBOS 2023” Maliyyə Sənayesi sərgi-konfransında ənənəvi olaraq iştirak edir.
Konfransın gündəliyi 500-dən artıq ekspert məruzəçi tərəfindən müzakirə edilən “Hissələrə ayrılmış dünyada birgə maliyyə” mövzusuna həsr olunub.
Konfransda "Azər Türk Bank"ın nümayəndələri müxtəlif işgüzar görüşlər keçirir və Azərbaycan bank sektorunda baş verən yeniliklər, islahatlar barəsində məlumatlar verirlər.
1978-ci ildə bank əməliyyatları seminarı kimi başlayan tədbir qlobal maliyyə ictimaiyyəti üçün qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi və ticarət sahələrində müzakirələr və qarşılıqlı əməkdaşlıqların yaranması üçün əsas biznes foruma çevrildi.
Qeyd edək ki, Avropanın və Amerikanın aparıcı bankları ilə "Azər Türk Bank"ın müxbir əlaqələri var.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.