...

Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsündə işlər yekunlaşır

İqtisadiyyat Materials 3 Oktyabr 2023 17:40 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsündə işlər yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verib.

Məlumata görə, körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.

Qeyd edək ki, Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsidir.

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti