...

SOCAR öz standartlarını hazırlamağı planlaşdırır

İqtisadiyyat Materials 11 Oktyabr 2023 20:55 (UTC +04:00)
SOCAR öz standartlarını hazırlamağı planlaşdırır
Günay Quliyeva
Günay Quliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırkı rəhbərliyi öz standartlarını hazırlamağı qarşısına məqsəd olaraq qoyub.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru İlham Bayramov "Ümumdünya standartlar günü" ilə əlaqədar tədbirdə jurnalistlərə deyib.

"SOCAR olduqca inkişaf etmiş struktur olmaqla, Azərbaycan iqtisadiyyatının dayaqlarından biri, yeni idarəetmə məktəbidir. SOCAR-da xüsusi standartların tətbiqi çox vacib məsələdir. Öz standartlarımız olsa, bu bizim üçün faydalı olacaq", - deyə İlham Bayramov qeyd edib.

Xatırladaq ki, bu gün AZSTAND və və Almaniyanın Milli Metrologiya İnstitutu olan Fiziki-Texniki İnstitutunun (PTB) təşkil etdiyi "Ümumdünya standartlar günü" ilə əlaqədar tədbir keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti