...

Yanvar-sentyabr aylarında Almaniyadan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb

İqtisadiyyat Materials 19 Oktyabr 2023 11:29 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar-sentyabr aylarında Almaniyadan Türkiyə limanlarına 1 milyon 499 min 188 ton yük daşınıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Almaniyadan limanlara 19 min 559 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 478 min 823 ton yük çatdırıb.

Bu müddət ərzində Almaniya bayraqlı gəmilərlə Türkiyə limanlarına 806 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Almaniyadan 103 min 720 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyə limanları 32 milyon 24 min 971 ton yük qəbul edib.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 292 milyon 607 min 632 ton yük qəbul edib.

Bundan əlavə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 21 milyon 745 min 148 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 270 milyon 862 min 484 ton təşkil edib.

Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 722 min 881 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton tranzit yük daşınıb.

Xəbər lenti

Xəbər lenti