Bakı. Trend:
Rusiyadan Çinə 2027-ci ilə qədər “Uzaq Şərq” marşrutu ilə qaz tədarükü başlayacaq.
Trend-in məlumatına görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.
Miller bəyan edib ki, Çin Rusiya qazının “Sibirin Gücü” vasitəsilə tədarükünü daha da artırmaq imkanını nəzərdən keçirir.
“Qazprom” Çinə “Sibirin Gücü” qaz kəmərinin tam istifadəyə verilməsi perspektivləri barədə məlumat verib. Boru kəməri tam gücə çatdıqdan sonra şirkət Çinin ən böyük qaz tədarükçüsü olacaq.