...

Rəqəmsal radioyayıma keçid üçün tələb olunan vəsaitin həcmi AÇIQLANDI

İqtisadiyyat Materials 24 Oktyabr 2023 16:10 (UTC +04:00)
Rəqəmsal radioyayıma keçid üçün tələb olunan vəsaitin həcmi AÇIQLANDI
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal radioyayıma keçid üçün 4.8 milyon manat vəsait tələb olunur.

Trend xəbər verir ki, bu, “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrası üçün rəqəmsal radioyayım avadanlıqlarının alınmasına, çatdırılmasına və quraşdırılmasına 4.8 milyon manat vəsait tələb olunur.

Maliyyələşdirilmə dövlət-özəl tərəfdaşlığı çərçivəsində və qanunla qadağan edilməyən digər mənbələrdən həyata keçiriləcək. Hesablanmış (ehtimal olunan) məbləğ keçiriləcək satınalma prosedurunun nəticəsinə uyğun dəyişə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti