Bakı. Trend:
Artıq 100-dən çox dövlət qurumunun informasiya sistemlərini "AzİnTelekom"un Hökümət buluduna tam və ya qismən inteqrasiya edilib.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib. O qeyd edib ki, bulud xidmətləri Bakı və Yevlax şəhərlərində yerləşən iki data mərkəz üzərindən həyata keçirilir.
O qeyd edib ki bütün dövlət qurumlarının hökümət buluduna inteqrasiyasının təmin edilməsi məqsədilə iki yeni data mərkəzin layihələndirilməsi işlərinə başlanılıb. “Artıq layihələrin hazırlanması üçen beynəlxalq şirkət cəlb edilib, yeni data mərkəzlərinin konsepsiyası hazırlanır".
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir.