...

340 mindən çox yeni əmək müqaviləsi bağlanıb – Nazir

İqtisadiyyat Materials 2 Noyabr 2023 12:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son 4 il 9 ay müddətində 340 mindən çox yeni əmək müqaviləsi bağlanıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, pandemiya dövrü də daxil olmaqla, ildə orta hesabla 71 min qeyri-daimi iş yeri yaradılır.

“Yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

Xəbər lenti

Xəbər lenti