...

Mənzil İnşaatı Dövlət Agentliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

İqtisadiyyat Materials 7 Noyabr 2023 17:55 (UTC +04:00)

Bakı. Trend:

7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında Zəfər Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov möhtəşəm qələbənin ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, Azərbaycan xalqı dövlətçilik və qəhrəmanlıq tariximizin qürurlu bir səhifəsinə çevrilmiş 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin ildönümünü fəxarətlə qeyd edir.

Sadiq Sadıqov qeyd etdi ki, Vətən müharibəsi nəticəsində əldə edilən möhtəşəm qələbəni bizə yaşadan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin siyasi iradəsi, güclü Ordumuzun əsgər və zabitlərinin rəşadətidir. Məhz Ali Baş Komandanın müdrik siyasəti, diplomatik məharəti və qətiyyəti sayəsində qəhrəman Azərbaycan Ordusu 30 ilə yaxın düşmən əsarətində olan doğma torpaqlarımızı azad edərək parlaq qələbə qazandı və üçrəngli bayrağımızı qürurla ucaltdı.

Bu il sentyabr ayının 20-də isə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı və qarşıya qoyulan bütün vəzifələri uğurla başa çatdıraraq Azərbaycanın suverenliyini bərpa etdi. Eyni zamanda oktyabrın 15-də xalqımız növbəti sevincli gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırdı.

Artıq 3 ildir ki, Vətən müharibəsində işğaldan azad edilən şəhər və qəsəbələrdə bərpa-quruculuq işləri böyük sürətlə həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi davam edir. Sevindirici haldır ki, Qarabağa “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında məcburi köçkünlərin məskunlaşması üçün yaşayış komplekslərinin inşası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Artıq Füzuli Yaşayış Kompleksində ailələrin yaşayışı təmin edilib.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Zəfər meydanı” adlı sənədli film nümayiş etdirildi.

Bununla yanaşı, Zəfər günü münasibətilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan yaşayış komplekslərində yaşayan şəhid ailələrinə sovqat paylanılmışdır.

Xəbər lenti

Xəbər lenti