...

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

İqtisadiyyat Materials 14 Noyabr 2023 12:15 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,7 faiz artaraq 14.273 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22,5 faiz artıb və 413 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 17 faiz artaraq 5.206-ya çatıb.

Xəbər lenti

Xəbər lenti