...

Bu il nə qədər elektrik enerjisi ixrac edilib? - AÇIQLAMA

İqtisadiyyat Materials 16 Noyabr 2023 09:38 (UTC +04:00)
Bu il nə qədər elektrik enerjisi ixrac edilib? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 10 ayında, operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə, elektrik enerjisinin istehsalı 278.5 mln. kVt/st artaraq, 24032.8 mln. kVt/st, ixrac 2357.1 mln. kVt/st, idxal isə 190.1 mln. kVt/st olub.

Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Xatırladaq ki, 2022-ci ildə ölkədə 28,988 milyard kilovatt-saat elektrik enerjisi hasil olunub ki, bu da illik hesablamada 4 faiz çoxdur. İxracın payına 3 milyard kilovatt-saatdan çox, idxalın payına isə 137,1 milyon kilovatt-saat elektrik enerjisi düşüb.

Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji istehsalı və ixracı üzrə irimiqyaslı layihələr həyata keçirilir.

Bir qədər əvvəl energetika naziri Samir Vəliyevin də dediyi kimi, "yaşıl" enerji sahəsində ilk mərhələdə dörd ölkənin iştirakı ilə beynəlxalq əməkdaşlıq platforması yaradılıb.

"Külək elektrik stansiyalarından ötürücü xətlərin çəkilməsi, o cümlədən Qara dəniz sualtı kabeli vasitəsilə Xəzər dənizini Avropa ilə birləşdirən "yaşıl" enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər gedir", - o deyib.

S.Vəliyev həmçinin, ilkin olaraq Qara dəniz vasitəsilə Avropaya 4 geqavatt, Naxçıvan ərazisindən isə Türkiyə və Avropaya 1 geqavatt elektrik enerjisinin ixrac olunacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti