...

Saray qəsəbəsində Mikayıl Müşfiq küçəsi əsaslı şəkildə təmir edilir - VİDEO

İqtisadiyyat Materials 1 Dekabr 2023 12:47 (UTC +04:00)
Saray qəsəbəsində Mikayıl Müşfiq küçəsi əsaslı şəkildə təmir edilir - VİDEO
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, bu çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində uzunluğu 2026 metr, eni 8.40 metr təşkil edən Mikayıl Müşfiq küçəsinin təmiri artıq yekunlaşmaq üzrədir.

Sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq layihə çərçivəsində küçənin 1 km-lik hissəsində asfalt-beton örtüyünün döşənməsi yekunlaşdırılıb.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti