...

Azərbaycan-İran sərhədində dəmiryolu xəttinin birləşdirilməsinə 500 milyon dollar xərclənəcək

İqtisadiyyat Materials 4 Dekabr 2023 13:28 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycanla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirmək və Araz yol dəhlizi razılaşmasını icra etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran KİV-ə verdiyi açıqlamada deyib.

"Hazırda biz yeni Qafqazı müşahidə edirik və Cənubi Qafqazın dünya ticarətinin tranzit məkanına çevrildiyi yeni şəraitdə İran aktiv rola sahib olmalıdır", - S.A.Musəvi bildirib.

Musəvi əlavə edib ki, bu istiqamətdə İran və Azərbaycan arasında Araz yol dəhlizinin yaradılması üzrə razılaşma çox önəmli fürsətdir:

"İran milli və beynəlxalq səviyyədə bu razılaşmanın icra olunmasına çalışır. Araz yol dəhlizi hər iki ölkə tərəfindən dəstəklənir. Son vaxtlar Azərbaycan-İran sərhədində Ağbənd-Kəlalə körpüsünün tikilməsi üzrə Azərbaycan 8 milyon dollar dəyərində vəsait ayırıb. Eyni zamanda, gələcəkdə Ağbənd istiqamətindən iki ölkə dəmiryolunun birləşdirilməsinə Azərbaycan 500 milyon dollar vəsait xərcləyəcək".

Musəvi bildirib ki, Azərbaycanın Qarabağı tam şəkildə azad etməsindən sonra Cənubi Qafqazda sülhün yaranması üçün müxtəlif ideyalar irəli sürülür:

"Bu arada, Qərb ölkələri öz yanlış ideyalarına əsasən, İranı bu bölgədəki proseslərdən uzaqlaşdırmağa çalışırdılar".

Xəbər lenti

Xəbər lenti