...

Qarabağ və Şərqi Zəngəzurda 300-dən artıq vakansiya var

İqtisadiyyat Materials 28 Dekabr 2023 16:46 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda 300-dən artıq vakansiya var
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Vakansiya Bankında hazırda işğaldan azad edilmiş ərazilər üzrə 300-dən artıq vakant iş yeri var.

Bu barədə Trend-ə nazirliyə istinadən xəbər verir.

Böyük Qayıdış proqramı çərçivəsində bu ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı nəticəsində iqtisadi aktivlik yeni vakansiyaların formalaşması və tələb olunan peşələrin sayının artması ilə nəticələnir.

Mövcud vakansiyalar əsasən tikinti, kənd təsərrüfatı və xidmət sahələrini əhatə edir.

Vakansiyalara müraciət etmək istəyən işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış və ya məskunlaşması nəzərdə tutulan keçmiş məcburi köçkünlər ərazi üzə regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti