...

Ötən il Naxçıvanda dövlət satınalmalarında büdcə vəsaitlərinə qənaət edilib

İqtisadiyyat Materials 31 Yanvar 2024 11:28 (UTC +04:00)
Ötən il Naxçıvanda dövlət satınalmalarında büdcə vəsaitlərinə qənaət edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarların dövlət satınalmalarında aktiv iştirakı ilə rəqabətlilik təmin edilir.

Trend-in Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən məlumatına görə, hesabat dövründə tenderlər və kotirovka sorğusu üsulu ilə satınalmaların həyata keçirilməsi 9,5 milyon manat məbləğində vəsaitə və ya dövlət satınalmalarının dəyərinin 16 faizinə qənaət etməyə imkan verib.

Qənaətin 92,5 faizi açıq tender üsulu ilə, 0,03 faizi təkliflər sorğusu üsulu ilə, 7,47 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti