...

Qazaxıstan Azərbaycan ərazisindən yük daşımalarının müddətini azaltmaq məqsədilə Türkiyə ilə Sazişi ratifikasiya edib

İqtisadiyyat Materials 21 Fevral 2024 13:13 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Parlamenti Məclisi Türkiyə ilə hökumətlərarası Sazişi ratifikasiya edib.

Trend xəbər verir ki, 10 may 2022-ci il tarixində Ankarada imzalanan sazişin məqsədi ölkələr arasında tranzit-nəqliyyat potensialının və ticari-iqtisadi münasibətlərin gələcək inkişafından ibarətdir.

Saziş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə ("Bakı - Tbilisi - Qars", Xəzər dənizinin limanları və "Qərbi Avropa - Qərbi Çin" beynəlxalq dəhlizindən istifadə etməklə) yük axınının artırılmasına və müvafiq olaraq Qazaxıstan və Türkiyə arasında əmtəə dövriyyəsini artırmağa yönəlib.

Sazişin ratifikasiyası yüklərin keçmə müddətini 5 günədək azaldacaq. 2022-ci ildə marşrutla yüklərin keçmə müddəti 13-15 gün çəkirdi.

Dəmir yolu və dəniz yolu ilə kombinə olunmuş daşınmalar zamanı iki əmtəə-nəqliyyat qaiməsi əvəzinə rəqəmsal platforma üzərindən rəsmiləşən vahid rəqəmsal sənəd tətbiq olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti