...

ADY sədri cənub istiqamətində dəmir yolu ilə sərnişindaşıma imkanından danışıb

İqtisadiyyat Materials 26 Fevral 2024 12:56 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cənub istiqamətində dəmir yolu xətti ilə sərnişindaşımanın həyata keçirilməsi gündəmdə deyil.

Trend xəbər verir ki, bu barədə Xocalı soyqırımına həsr olunan "Ana fəryadı" abidə kompleksinin ziyarəti zamanı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə deyib.

"Cənub istiqamətində sərnişin daşımaları üçün dəmir yolu xəttinin açılması gündəmdə deyil. Bu istiqamətdə dəmir yolu texniki cəhətdən yalnız yük daşımaları üçün yararlıdır. Yalnız əsaslı təmirdən sonra bu yolu sərnişin daşımaları üçün bərpa etmək mümkün olacaq", - o deyib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti