...

Göygöldə heyvandarlıq layihəsinə 200 min manat kredit ayrıldı

İqtisadiyyat Materials 27 Fevral 2024 16:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkar Bəhruz Mustafa Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

"Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi baxımından da əhəmiyyətlidir", - nazir qeyd edib.

Qeyd edək ki, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. İnvestisiya layihələrinin ümumi dəyəri 459,9 milyon manat olub, kreditləşmənin həcmi isə təqribən 33 faiz artıb.

Xatırladaq ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda sahibkarlar 145,9 milyon manat dəyərində güzəştli kredit əldə edib.

Xəbər lenti

Xəbər lenti