...

Azərbaycanın ticarət etdiyi ölkələrin sayı məlum olub

İqtisadiyyat Materials 21 Mart 2024 13:16 (UTC +04:00)
Azərbaycanın ticarət etdiyi ölkələrin sayı məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ticarət etdiyi ölkələrin sayı məlum olub.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi hesabat yayıb.

Bildirilib ki, qeyd olunan dövr ərzində Azərbaycan 138 xarici ölkə ilə ticarət əməliyyatları aparıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət aparılan ölkələrin sayı 17 ölkə və ya 11 % azalıb.

Bununla yanaşı xarici ticarət iştirakçılarının da sayı azalıb. Beləki, Azərbaycanda 17 894 xarici ticarət iştirakçısı olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır.

Ümumilikdə xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti