...

Azərbaycan ilə Sankt-Peterburq gəmiqayırma sahəsində əməkdaşlığı müzakirə ediblər

İqtisadiyyat Materials 2 Aprel 2024 22:32 (UTC +04:00)
Azərbaycan ilə Sankt-Peterburq gəmiqayırma sahəsində əməkdaşlığı müzakirə ediblər
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Sankt-Peterburq Rusiya Federasiyasına gəmilərin tikintisi üçün Bakı Gəmiqayırma Zavodunda sifarişlərin yerləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev və Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat veriblər.

"Ötən il Rusiya Federasiyası ilə Azərbaycan arasında gəmiqayırma sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bakıda və Sankt-Peterburqda gəmiqayırma müəssisələri var ki, onların nümayəndələri daim qarşılıqlı əlaqədədirlər. Hazırda layihənin hazırlanması rejimindəyik, lakin hələ ki, konkret detallara keçməmişik. Biz sənaye kooperasiyası çərçivəsində Bakı Gəmiqayırma Zavodunun potensialını cəlb etmək istəyirik, bu, perspektivli məsələdir", - deyə Ruslan Mirsayapov Trend-ə "Sankt-Peterburq və Azərbaycan əməkdaşlığın üfüqlərini genişləndirir" biznes forumunun yekunlarına dair açıqlamasında bildirib..

Y.Abdullayev və R.Mirsayapov Azərbaycanda Rusiyanın əczaçılıq müəssisələrinin inkişafının böyük perspektivləri, eləcə də Sankt-Peterburqda Azərbaycandan meyvə-tərəvəz məhsullarının ticarətinin artması barədə məlumat veriblər.

Qeyd edək ki, Bakıda keçirilən biznes forumda Sankt-Peterburqdan 25, Azərbaycandan isə 50-yə yaxın şirkət iştirak edib.

Xəbər lenti

Xəbər lenti