Bakı. Trend:
Ötən il poçt sektoru 25% böyüyüb.
Trend xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ildəki fəaliyyətinə dair illik hesabatında qeyd olunub.
Hesabata əsasən, effektiv tənzimləmənin əldə olunması üçün bazar payının ölçülməsinin əhəmiyyətini nəzərə alaraq, poçt rabitəsi xidmətləri üzrə Dövlət Gömrük Komitəsindən, Dövlət Vergi Xidmətindən və Dövlət Statistika Komitəsindən poçt rabitəsi operatorlarının il ərzində daşıdıqları poçt göndərişləri barədə məlumatlar toplanmış və təhlil edilib.
"Təhlillər göstərir ki, Azərbaycanın poçt sektoru 2023-cü ildə 2022-ci ilə nisbətən yuvarlaq olaraq 25% böyüyüb. Bu inkişafın əsas səbəbi kimi elektron alış-verişə marağın artmasını göstərmək olar", - deyə hesabatda qeyd olunub.