...

Azərbaycan bu ölkə ilə qarşılıqlı investisiya qoyuluşunu kəskin artırıb

İqtisadiyyat Materials 19 İyun 2024 16:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin I rübündə Azərbaycan Avstriya iqtisadiyyatına 28,95 milyon ABŞ dolları investisiya yatırıb.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 295,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Avstriyanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 8,8 % olub.

Yanvar-mart aylarında Avstriya isə Azərbaycan iqtisadiyyatına 27,2 milyonn ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 4,1 dəfə çoxdur.

İl ərzində Avstriyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,4 %-dən 1,8 %-ə qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti