...

Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı yeni fəaliyyət proqramı hazırlanır

İqtisadiyyat Materials 30 İyul 2024 12:03 (UTC +04:00)
Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı yeni fəaliyyət proqramı hazırlanır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya sisteminin təşkili və fəaliyyəti qaydalarına dair geniş fəaliyyət proqramı hazırlayır.

Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti rəhbərlərinin dəyirmi masa müzakirəsində çıxışı zamanı deyib.

"Komitə ərazilərin planlaşdırılması zamanı təbiətəsaslı həllərin tətbiq edilməsi, ictimai məkanların ərazilərinin artırılması kimi müasir yanaşmalar həyata keçirir.

Bakı və digər şəhərlərin baş planlarının hazırlanması zamanı ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə fəaliyyətə rəqəmsal tikinti sektorunun inkişafı, resurslardan səmərəli istifadə daxildir. Tikintidə enerji səmərəliliyi, günəş istilik sistemlərinin quraşdırılmasına diqqət ayrılır", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti rəhbərlərinin dəyirmi masa müzakirəsi keçirilir. Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Rəhbərlərinin Dəyirmi Masa Müzakirəsi baş icraçı direktorlar, nazirlər, BƏƏ-nin tikinti şirkətləri, COP29-un prezidenti və BMT-nin COP29 üzrə yüksək səviyyəli çempionu daxil olmaqla, Azərbaycanın aparıcı sənaye liderlərinin xüsusi yüksək səviyyəli görüşüdür.

Bu unikal tədbir çağırışları müzakirə etmək, imkanları araşdırmaq və əlverişli siyasətləri müəyyən etmək məqsədilə platforma təqdim etməklə Azərbaycanın tikinti sektorunda əməkdaşlıq və dayanıqlı İnkişafa təkan verəcək.

Dəyirmi masa qlobal iqlim hədəflərinə nail olmaq istiqamətində yaşıl tikintinin mühüm rolunu vurğulayır və COP29-a gedən yolda əhəmiyyətli mərhələyə işarə etməklə Azərbaycan və onun hüdudlarından kənarda ciddi nəticələri olan məqsədyönlü biznes əməliyyatları və əməkdaşlıq üçün zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti