Bakı. Trend:
"Qazprom" və SOCAR çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
Trend "Qazprom" QSC-yə istinadən xəbər verir ki, müvafiq razılıq Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına dövlət səfəri zamanı əldə olunub.
Məlumata əsasən, "Qazprom" QSC-nin İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına dövlət səfəri çərçivəsində tədbirlərdə iştirak edib.
Aleksey Miller qeyd edib ki, "Qazprom" və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir.
"O cümlədən, söhbət Şimal-Cənub layihəsindən və bu ilin sentyabrında hərtərəfli elmi-texniki əməkdaşlıq proqramının imzalanmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub", - deyə A.Miller bildirib.