Bakı. Trend:
Azərbaycanın Mərkəzi Bankı və Qazaxıstanın Milli Bankı arasında rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazimov özünün "X" sosial şəbəkəsi hesabında yazıb.
"Qazaxıstanlı həmkarım Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Mərkəzi Bankda görüşməkdən məmnun olduq. Görüş zamanı hər iki qurum tərəfindən pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərlə bağlı fikir mübadiləsi apardıq", - deyə, T.Kazımov bildirib.
O qeyd edib ki, maliyyə sektoru üçün aktual olan məsələlərin müzakirəsindən sonra qurumlar arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.