...

Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 7 Oktyabr 2024 17:08 (UTC +04:00)
Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

Trend xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Direktorunun müavini xanım Şiahonq Yanqla görüşüb.

Görüşdə Bankla əlaqələrin inkişaf etdiyi qeyd olunub, dövlət-özəl tərəfdaşlığı, ətraf mühit, rəqəmsal inkişaf, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasında Bankın iştirakı yüksək qiymətləndirilib.

Tərəflər tərəfdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşmə imkanları, eləcə də, COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti