...

İşğal dövründə 142 faydalı qazıntı yatağının istismar edilmiş həcmi müəyyənləşdirilib - Vüqar Kərimov

İqtisadiyyat Materials 10 Oktyabr 2024 14:20 (UTC +04:00)
İşğal dövründə 142 faydalı qazıntı yatağının istismar edilmiş həcmi müəyyənləşdirilib - Vüqar Kərimov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumilikdə 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılmış və işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilmişdir.

Trend xəbər ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, həmçinin yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi layihələri üzrə 170-dən artıq məntəqədə yoxlama-təftiş işləri yerinə yetirilmişdir.

"Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində ərazi xəritələri Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş və hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsinin, həmçinin Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir", - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti