...

Bu il Azərbaycanın neçə ton neft-kondensat ixrac etdiyi məlum olub

İqtisadiyyat Materials 14 Oktyabr 2024 09:53 (UTC +04:00)
Bu il Azərbaycanın neçə ton neft-kondensat ixrac etdiyi məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 9 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 21,6 mln. ton, ixraca nəql edilən həcmlər isə 17,9 mln. ton olub.

Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

Bu dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 mlrd.m3 artımla hasil edilmiş 37,1 mlrd.m3 qazın 18,4 mlrd.m3-i ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti